Ötən il Azərbaycanda baş verən partlayışlarda 12 NƏFƏR ÖLÜB
    • 28-01-2020, 11:20
    • 870

Ötən il Azərbaycanda baş verən partlayışlarda 12 NƏFƏR ÖLÜB

Ötən il Azərbaycanda 16571 təbii və texnogen mənşəli hadisə baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, bu da 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 53 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub.

Keçən il respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.

2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub. Yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da 2018-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.
2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olmuş, 103 nəfər xəsarət alıb.