2019-cu ilin 6 ayı müddətində 7141 təbii və texnogen mənşəli hadisə baş verib - AZƏRBAYCANDA
    • 25-07-2019, 16:31
    • 836

2019-cu ilin 6 ayı müddətində 7141 təbii və texnogen mənşəli hadisə baş verib - AZƏRBAYCANDA

2019-cu ilin yarım ilində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Bildirilir ki, 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində  49nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.