Qobustan sakinindən 5 kiloqramdan artıq NARKOTİK GÖTÜRÜLDÜ - VİDEO
    • 29-01-2020, 16:49
    • 938

Qobustan sakinindən 5 kiloqramdan artıq NARKOTİK GÖTÜRÜLDÜ - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan Elman Nərimanovun evinə baxış keçirilib. Oradan ev sahibinə məxsus 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edək ki, E.Nərimanov Qobustan və ətraf qəsəbələrdə  narkotik vasitələrin satışı ilə məşğul olub. Onun evindən hazır qablaşdırılan və satış üçün nəzərdə tutulan narkotik vasitələr aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.