Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları edib - Erkan Özoral
    • 30-01-2020, 12:27
    • 848

Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları edib - Erkan Özoral

"Zəlzələnin ilk anından etibarən Azərbaycanın rəsmi dövlət qurumları tərəfindən- həm Xarici İşlər Nazirliyindən, həm də Fövqəladə Hallar Nazirliyindən, Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər". 

News24.az
 xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Bu istiqamətdə bizim yanımızda oldular. Hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə əlaqə saxlanıldı. Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib". 

Afaq Mirayiq