-
- 30-01-2020, 12:59
- 1 259
Çində olan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə TƏXLİYYƏ EDİLƏCƏK - Türkiyə səfiri
"Azərbaycan tərəfinin istəyi ilə Çində yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək".
News24.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Çində yayılan koronavirusla bağlı Türkiyə 35 vətəndaşını oradan təxliyə edəcək: "Ölkə onlar üçün təyyarə göndərməyi planlaşdırır. Bizdə olan məlumata görə, orada yaşayan 6-7 nəfər Azərbaycan vətəndaşı da türkiyəlilərlə birgə təyyarə ilə Türkiyəyə gətiriləcək və lazım olan tədbirlər görüləcək".
Afaq Mirayiq