-
- 31-01-2020, 13:20
- 1 337
2 Fevral “Gənclər günü”nün loqotip qalibi bəlli oldu - FOTO
13 Yanvar 2020-ci il tarixindən başlayaraq Gənclər və idman nazirliyi rəssam və dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı loqo müsabiqəsinin başlandığını elan etdi. 18 Yanvar tarixinədək davam edən müsabiqənin əsas şərti təqdim olunan logonun məhz 02.02.2020 tarixini əks etdirməsi idi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqəyə 97 müəllif tərəfindən 300-dən çox Logo təqdim olundu. Nəticədə təqdim edilən Loqolar arasında Ehtiram İbrahimovun müəllifi olduğu loqo qalib seçildi.
26 yaşlı İbrahimov Ehtiram Etibar oğlu qrafik dizaynerdir. Hazırda "Code Akademiya"da qrafik və veb dizayn təhsili alır.
Müsabiqə qalibinin təltif edilməsi isə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçiriləcək istedalı və yaradıcı gənclərin mükafatlandırma mərasimində həyata keçiriləcək.