RT kanalı CNN-i lağa qoydu: Ərdoğanla Putini səhv salıb (FOTO)
    • 8-09-2018, 10:39
    • 1 136

RT kanalı CNN-i lağa qoydu: Ərdoğanla Putini səhv salıb (FOTO)

Rusiya Today kanalı Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı səhv salan CNN telekanalını lağa qoyub.
Dünən İranın paytaxtı Tehranda baş tutan Zirvə görüşündən xəbər hazırlayan CNN ekran yazısında yanlışlığa yol verib. Belə ki, telekanal prezidentlərin adını verərəkən Ərdoğanın yerinə Putinin adını yazıb:

"Putin, Ruhani, Putin Tehrandakı Suriya zirvəsinin ardından açıqlama verirlər", - deyə alt yazıda qeyd olunub.


Rusiyanın RT kanalı isə rəsmi "Twitter" hesabında sözügedən hissəni paylaşıb və "CNN-in ağlında sadəcə Putin var", - yazaraq lağ edib.



//qaynarinfo