“Bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi...” - AYBƏNİZ HAŞIMOVA
    • 1-02-2020, 00:54
    • 2 006

“Bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi...” - AYBƏNİZ HAŞIMOVA

Sabah Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın qız toyu baş tutacaq.

News24.az xəbər verir ki, Haşımova xoş günü ilə bağlı sosial şəbəkədə duyğulu sözlər yazıb: “Bu da ömrümün son, ən böyük imtahanı. Səni sevdiyinin mənzilinə yola salıram, qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim. Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir. Özüm isə donmuşam. Nə baş verir? Sən doğrudan böyüdün, qızım? Yoxsa mən qocalmışam? Əllərim niyə belə əsməyə başladı? Yoxsa səni 28 il qucağımdan, bağrımın başından qoparıb... Nə yaman çətinmiş sən demə... Həyatın ən çətin imtahanı buymuş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm, ürəyim rahat olmurdu balam. Sənin doğum günün, doğum günümə çevrilən balam. Ən böyük sevgilim. Bilirsən? Sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim: “Sən mənimsən, mənim”. Səni bütün günü sevdim. Əlini sevdim, üzünü sevdim, gözlərini, o bapbalaca vuran ürəyini sevdim. Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax, oğlum. O, mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”. 

Sevda Bayramova