-
- 1-02-2020, 13:50
- 1 357
"Mən ac, susuz qalanda heç kim maraqlanmadı" - GÜNAY FİRUDİNQIZI
"Qalmaqallara kənardan baxıb ancaq susuram. İstəmirəm belə şeylərlə gündəmdə oldum. Efirə çıxıram, verilişimi hazırlayıram və bu mənə bəs edir. Kiməsə söz atıb tanınmaq mənə lazım deyil".
Bu sözləri News24.az-a açıqlamasında teleaparıcı Günay Firudinqızı deyib. O, son zamanlarda gündəmə səbəb olan "həci" mövzusuna da toxunub: "Çox heyif ki, "həci" sözünü çox cılızlaşdırıb ucuzlaşdırdılar. Bu sponsor sözünün müasir versiyasıdır. "Həci" sözünü ortaya atdılar, kimin "həci"si varsa, o, gündəmdədir. Bildiyim qədər Allah evini ziyarət edənlərə "həci" deyillər. Görünür, bunların da canlarında gündəmdə belə qalmaq var".
Teleaparıcı oğlundan da danışıb: "Bütün tədbirlərə oğlumla birgə gedirəm. Bəzən onu "köməkçim" adlandırıram, amma xətrinə dəyir. Görün, necə mənə bənzəyir, kserokopiyamdır. Çox mühafizəkardır. Geyimimə, saç düzümümə, getdiyim məkanlara qarışır. Nihat əsl Azərbaycan kişisidir, heç müasir deyil".
G. Firudinqızı həmkarı Lalə Mustafayevanın işsiz olmasından söhbət açıb: "Bir reallıq var. Biri gələr, biri gedər. Heç kim daimi yerində qala bilməz. Lalə xanımın aparıcı olanda, çoxları efirdə deyildi. Düşünürəm ki, Lalə xanımın işsizliyi müvəqqətidir. Arzu edirəm ki, tezliklə özünə yaxşı iş tapsın. Bilirəm, işsizlik nə deməkdir. Yaxından tanış deyilik, amma gördüyüm qədəri ilə çox yaxşı xanımdır. Uğurlar arzu edirəm. Amma onu da deyim ki, şəxsən mənim yerimi dar edən aparıcı yoxdur".
Aparıcı adaşlarından da bəhs edib: "Adımı babam qoyub. Kaş ki, zamanında adımı dəyişərdim. Şəhram adından çox xoşum gəlir. İstəyərdim belə bir adım olsun. Çünki fərqli adla tanınmaq daha asan olardı. Günay Baxşəliyeva, Yelmarqızı. Onların özlərinəməxsus yerləri var, həmçinin də mənim".
Firudinqızı toylarda aparıcılıq etməyindən söz açıb: "Əvvəllər hətta müğənnilər toya gedəndə gizlədirdilər. Çünki belə bir anlam yaranmışdı "sən toy müğənnisisən", onları ciddiyə almırdılar. Məncə kimsə toyu idarə edirsə, deməli, insanlar tərəfindən sevilir. Mən toylara getdiyimə görə peşman deyiləm, hətta deyərdim ki, kaş bir az tez bu işə başlayardım. Kimsə məni qınayacaqsa, dünəndən qınasın. Halal zəhmətimlə övladımı böyüdürəm. Göydən havayı pul yağmır. Hətta qohumlarımdan bəziləri deyirlər ki, "sən toylara tamada kimi gedirsən?", mən izah edirəm ki, tamada deyiləm, aparıcıyam. Kimsə buna kinayə ilə baxırsa da, vecimə deyil. Mən ac, susuz qalanda kimsə vəziyyətimlə maraqlandımı? Xeyr! Hər şey avtomobillə, onun nömrəsiylə, ən son mobil telefonun markası ilə ölçülür. Ona görə də niyə də getməyim?! Bura kimi ən gözəl verilişlərimi elədim. "Geriyə baxanda" layihəm hər kəs tərəfindən bəyənildi. Kimsə mənə "sağ ol" dedi, yox".
Sevda Bayramova