"Kişi toylarında oxumaq ləzzət edir..." - meyxanaçı Samirədən ATMACA - VİDEO
    • 1-10-2019, 11:50
    • 3 025

"Kişi toylarında oxumaq ləzzət edir..." - meyxanaçı Samirədən ATMACA - VİDEO

Bir neçə gün öncə meyxanaçı Samirə Yusifqızının gələcək həyat yoldaşının "Həci" olması ilə bağlı səslənən açıqlamalar müzakirələrə səbəb olub.

News24.az-a açıqlama verən S. Yusifqızı məsələyə aydınlıq gətirib: "Nə adı, nə də ki, özü "Həci" deyil. Onu Elgiz zarafatla dedi. Əsas odur ki, özüm kimi insandır və mən onu sevirəm. İsveç vətəndaşıdır, amma azərbaycanlıdır. Mənim reklama ehtiyacım yoxdur. Qadağalar qoymur, çünki o yaşımız deyil. Dünyagörmüş insandır, Avropa mədəniyyətini görüb, mənə, sənətimə hörmət qoyur, ona görə də, heç bir problem yoxdur. Övladlarımı müəyyən dövrə qədər yad kişinin nəfəsindən qorudum, amma artıq bəsdir. Onlarda, məndə sərbəst həyat qura bilərik".

Samirə Yusifqızı ona gələn mənfi rəylərdən də danışıb: "Hər kəsin öz fikiri var. Heç kim çiynini-ciynimə söykəyib, mənə arxa-dayaq olmayacaq. Yenə də öz fikirimdə qalacam. Onların sözləri isə ancaq sosial şəbəkədə qalacaq. Fikirləri qətiyyən maraqlı deyil. Təhqir edənlərdən ikisi ilə artıq vəkilim məşğul olur. Bir neçə dəfə bağışladım, xəbərdarlıq da verdim, amma anlamadılar. Cəzalarını alacaqlar".

Meyxanaçı, bəzi xanım müğənnilərin "kişi məclislərinə getmirəm və getmərəm" fikirlərinə də münasibətini bildirib: "Ömrü boyu kişi məclislərində olmuşuq. Kişi toylarında oxumaq daha çox ləzzət edir, nəinki ailəvi məclislərdə".

Hazırladı:
Sevda Bayramova
Video: Fərid Şabanov