Azərbaycanda hər kəs bu polisdən danışır -VİDEO
    • 2-02-2020, 11:54
    • 920

Azərbaycanda hər kəs bu polisdən danışır -VİDEO

Bir sərnişin metronun "28 may" stansiyasında 2 min manatdan çox pul itirib.

News24.az Xəzər TV-yə istinadla xəbər verir ki, polis şöbəsinin əməkdaşı Namiq Nəsibov sərnişini taparaq pulu ona qaytarıb.
Sərnişinin itirdiyi 2 min manatdan çox pulu polis taparaq, özünə qaytardı.

Dekabırın 30-da İlahə Sadıqova ad-soyadlı vətəndaş Bakı Metropolitenində Polis Şöbəsinə müraciət edərək metronun "28 may" stansiyasında "BakıKART" aparatının yanında 2 min 139 manat pulunu unutduğunu bildirib.

Elə həmin gün axşam saatlarında metronun"28 May" stansiyasında xidmət aparan polis serjantı həmin miqdarda olan pulu taparaq, bu barədə "Metropoliten"in rəhbərliyinə məlumat verib.