Bakıda yerdən 307 manat tapan polis GÖRÜN, NEYLƏDİ
    • 6-02-2020, 18:34
    • 876

Bakıda yerdən 307 manat tapan polis GÖRÜN, NEYLƏDİ

Bakıda metroda qadın pulunu itirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, metronun "Gənclik" stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova polisə əməkdaşlarına müraciət edib.

Şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib.
 
Belə ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb. 
S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü bildirib.