Koronavirusa yoluxan 2 filippinlidən biri öldü
    • 3-02-2020, 13:21
    • 1 132

Koronavirusa yoluxan 2 filippinlidən biri öldü

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, koronavirusa yoluxan iki filippinli şəxsdən biri dünyasını dəyişib.
 
News24.az TASS-a istinad edərək bildirir ki, Yaponiyada 20 yoluxma hadisəsi baş verdiyi halda Tailandda 19, Sinqapurda 18, Cənubi Koreyada 15, Avstraliyada 12, Almaniyada 10 , Malasiyada 8, Vyetnamda 7, Kanadada 4-ə çatıb.

Bundan əlavə İspaniya, Kamboca, Nepal, Finlandiya, İsveç və Şri Lankanın hər birində bir infeksiya hadisəsi olduğunu bildirilib.