Sabah 21 dərəcə İSTİ OLACAQ
    • 6-02-2020, 13:39
    • 560

Sabah 21 dərəcə İSTİ OLACAQ

7 fevralda  gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb  küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz  14-18, Bakıda  gecə 6-8, gündüz  16-18 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-45 faiz olacaq.   


Azərbaycanın rayonlarında fevralın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 
 
Havanın temperaturu  gecə  3-8, gündüz  16-21 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti  olacaq.  

Fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.