"Onun üçün çox darıxacağıq" - övladları Mirzə Xəzərdən yazdı
    • 3-02-2020, 20:44
    • 634

"Onun üçün çox darıxacağıq" - övladları Mirzə Xəzərdən yazdı

1987-ci ildən Almaniyada yaşayan və ötən ayın 31-də vəfat edən Mirzə Xəzərin övladları babasından yazıb.

News24.az xəbər verir ki, övladları Sevda, Müşviq, Sabrina 72 yaşında vəfat edən atalarının sevgidolu bir insan olduğunu bildiriblər:

"Başsağlığı verdiyiniz üçün təşəkkür edirik. Atamız çox pozitiv, yardımsevər və güclü bir insan idi. Həyatını bu dünyada həqiqətləri axtarmağa, başqalarıyla paylaşmağa həsr etdi. Övladlarına çox çalışaraq bütün hədəflərə çata biləcəyini öyrətdi. Bizə digər insanlara yardım etməyi, yaxşı bir insan olmağı öyrətdi. Onunla birlikdə yaşadığımız anları, sevgi dolu babamızın xatirəsini anırıq. Onun üçün çox darıxacağıq".