Məktəbin qarşısında kişi ürəyindən bıçaqlandı - BAKIDA
    • 17-12-2018, 12:45
    • 1 227

Məktəbin qarşısında kişi ürəyindən bıçaqlandı - BAKIDA

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.

//Trend