"Yüksəliş”in qalibləri dövlət qulluğuna imtahansız QƏBUL EDİLƏCƏK
    • 7-02-2020, 11:29
    • 915

"Yüksəliş”in qalibləri dövlət qulluğuna imtahansız QƏBUL EDİLƏCƏK

Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş” qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək. “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir”.

News24.az xəbər verir ki, bunu bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

F. Hacıyev deyib ki, şəxsən o qalib olardısa, bütün vəsaiti təhsilə xərcləyərdi: “Müsabiqənin qalibləri kadr bankına daxil ediləcək. Həmin şəxslərin hamısı müddətdə kadrların ehtiyat bazasında qalacağına gəlincə, həmin şəxslərin uzun müddət kadr bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək ”.

Afaq Mirayiq