-
- 7-02-2020, 15:34
- 1 239
BDU-nun rəsmi qəzetində nə baş verir?
Bakı Dövlət Universitetinin (BDU) rəsmi qəzeti, 91 illik fəaliyyəti olan "Bakı Universiteti"nin yayımının dayandırıldığı bildirilir.
News24.az-a daxil olan məlumata görə, qəzet universitet rəhbərliyinin qərarına əsasən bağlanır. İllərdir, burada çalışan əməkdaşlar isə iş tapa bilməyəcəklərindən narahat olduqlarını bildiriblər.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən News24.az-a məlumatın dəqiq olmadığı bildirilib: “Sadəcə olaraq “Jurnalistika” fakültəsinin tələbələri qəzetin işinə cəlb olunub. Bu da tələbələrin praktik dərslərdə daha fəal iştirak etmələri məqsədini daşıyır”.
O ki qaldı, qəzetdə bu vaxta qədər çalışanların işdən azad olunması məsələsinə, bildirilib ki, “Bakı Universiteti” qəzetinin sturkturunda çalışan işçilərin işdən xaric olunması üçün əsas yoxdur.
Qeyd edək ki, əsası 1929-cu ildə qoyulan "Bakı Universiteti" qəzeti 1947-ci ildən mütamadi olaraq nəşr olunur. 1990-cı ilə qədər "Lenin tərbiyəsi" uğrunda adı ilə, Azərbaycan və rus dili olmaqla iki dildə işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib. Bu illər ərzində "Bakı Universiteti" qəzetində Azərbaycanın ən tanınmış jurnalistləri və elm adamları ilk qələm təcrübələrini qazanıblar.
Afaq Mirayiq