Sumqayıt koronavirusla mübarizə üçün Çinə yardım göndərdi
    • 8-02-2020, 15:19
    • 1 184

Sumqayıt koronavirusla mübarizə üçün Çinə yardım göndərdi

Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

News24.az xəbər verir ki, Myenyana 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərilib.

2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.