Parlament seçkiləri ilə əlaqədar 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçirilib
    • 23-01-2020, 11:31
    • 1 556

Parlament seçkiləri ilə əlaqədar 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçirilib

"Hazırda olan məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib".

News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. R. Qasımov bildirib ki, beynəlxalq müşahidəçilər müraciət göndərməkdə davam edirlər: “Beynəlxalq müşahidəçilərin sayının daha da artacağına ümid edirik. Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilrin də akkreditasiyası həmin gün qədər davam edəcək və bü günlədə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.