Bakıda seksual manyak azyaşlı qızın başına oyun açdı
    • 9-02-2020, 10:43
    • 1 524

Bakıda seksual manyak azyaşlı qızın başına oyun açdı

Bakıda daha bir seksual manyak tutularaq məsuliyyətə cəlb edilib.

News24.az-ın məlumatına görə, paytaxt sakini Əliyev Elçin Elxan oğlu barəsindəki şikayət əsasında tutulub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.

Məlum olub ki, Elçin Əliyev M.M adlı azyaşlı qızı zorlamağa çalışıb və ona seksual xarakterli zorakılıq edib. 

Yaxın günlərdə E.Əliyevin cinayət işinə məhkəmədə baxılacaq.