Azərbaycanda seçki günü şok görüntülər yayıldı - VİDEO
    • 9-02-2020, 12:28
    • 1 282

Azərbaycanda seçki günü şok görüntülər yayıldı - VİDEO

Mərkəzi Seçki Komissiyası (MSK) 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

News24.az xəbər verir ki, MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir”. /Oxu.az/