Saat 15:00-a olan seçici fəallığının STATİSTİKASI
    • 9-02-2020, 15:49
    • 872

Saat 15:00-a olan seçici fəallığının STATİSTİKASI

Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

News24.az xəbər verir ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı 39,23% olub.

Səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 090 589 nəfəri səs verib.