-
- 9-02-2020, 17:38
- 2 746
“Getsinlər, özləri-özlərini seçsinlər” - Tanınmışlar arasında SEÇKİ SORĞUSU
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.
Bəs, tanınmış simalardan kimlər səsvermədə iştirak edib, kimlər yox?
News24.az bu suala aydınlıq gətirmək üçün məşhurlar arasında sorğu keçirib.
Xalq artisti Mənsum İbrahimov suala belə cavab verib: “Səhər saatlarında səs vermişəm. Mən hər zaman bir seçici kimi fəal olmuşam, çünki seçki ilə ölkəmizin gələcəyi müəyyən olunur. Düşünürəm ki, hər kəs fəal olub səs verməlidir. Layiqli insanları parlamentdə görmək istəyirəm”.
Xalq artisti Gülyanaq Məmmədova növbədənkənar parlament seçkilərində iştirak edib və layiqli namizədə səs verdiyini deyib: “Yasamal rayon sakini olaraq səsvermədə iştirak eləmişəm. Seçki olduqca şəffaf keçirilir, bu da məni çox sevindirir”.
Əməkdar artist Bəhram Bağırzadə də səhər saatlarından seçki məntəqəsinə yollanıb və səs verib.
Əməkdar artist Nüşabə Ələsgərli seçki ilə bağlı fikirlərini belə dilə gətirib: “Məncə, seçki prosesi öz axarı ilə normal şəkildə gedir. Səhər gedib səsimi layiqli namizədə vermişəm”.
Əməkdar artist Ədalət Şükürov da seçki ilə bağlı düşüncələrini bizimlə bölüşüb: “Bir azdan seçkilərə gedəcəm. Yaşadığım Nərimanov rayonunda, “Abu Arena” ilə üzbəüz məntəqədə səs verəcəm. Hətta şəxsi İnstagram profilimdə sözügedən 9 fevralla bağlı anons xarakterli paylaşım da etmişəm. Düşünürəm ki, bir Azərbaycan vətəndaşı olaraq mütləq şəkildə seçkilərdə iştirak etmək lazımdır. Düzdür, hələ ki, seçkilərin necə keçirildiyi haqda məlumatım yoxdur, amma bir azdan daha da dərinliyi ilə hər şeyi öyrənəcəm. Əminəm ki, hər şey normal keçəcək, çünki bu il namizədlərin sayı da çoxdur. Mən çox istərdim ki, seçilənlərin sırasında mədəniyyət və incəsənət sahəsindən də insanlar olsun. Parlamentdə həkim, alim, idmançı, incəsənət adamları da olmalıdır”.
Əməkdar artist Müşviq Abbasov da növbədənkənar parlament seçkilərində iştirak edəcək: “Vətəndaş borcumu həmişə ödəməliyəm. Ona görə də səs verəcəm”.
Müğənni Leyla Ramazanlı isə həmkarlarından fərqli olaraq seçkilərdə iştirak etməyəcək.
Əməkdar artist Elnur Kərimov növbədənkənar parlament iştirak edən hər kəsə uğurlar arzulayıb: “Bəlkə də bu bir imtahan idi ki, millət vəkilləri xalqla bir daha üz-üzə gəlsin. Bu halda həm xalqın səsi eşidildi, həm xalqın problemləri birbaşa təbliğat- təşviqat kampaniyasi çərçivəsində namizədlərə deyildi. Bu seçkilərdə gənclərin fəallığı da məni sevindirdi. Bu siyahıda tanığım insanlar da var. Hamıya uğurlar arzulayıram. İnanıram ki, xalq uçün önəmli bir gündür. İnsanlar da öz səsini verərək gələcəklərini seçə biləcəklər”.
Teleaparıcı Lamiyə Ələkbərova namizədlərə uğur arzu edib: “Düşünürəm ki, seçkilər tam şəffaf və düzgün şəkildə keçəcək, dövlətimizə güvənirik. Layiqli olan seçilsin. Kim ki millətin qeydinə qalacaq, elə o da seçilsin. Məncə, xalq layiqli namizədi seçəcək”.
Müğənni Nadir Qafarzadə seçkilərdə iştirak etməyəcək: “Nə mən, nə də ailəm səsverməyə getmədik. Bizim üçün yeganə səsvermə prezident seçkilərində olur. Düşünürəm ki, millət vəkili olmaq istəyən insanlar düzgün seçilməyiblər. Hər yerindən duran millət vəkili ola bilməz. Getsinlər özləri- özlərini seçsinlər. Amma hər bir halda hər kəsə uğurlar”.
Teleaparıcı Günay Firudinqızı növbədənkənar parlament seçkilərini bu cür dəyərləndirib: “Bu seçkilərdə iştirak etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Havanın soyuq olmasına baxmayaraq, seçicilərdə aktivlik müşahidə olunur. Layiqli namizədimizə səs verdim. Xalqımız ücün uğurlu olsun! Qoy layiqli namizədlərimiz parlamentdə seçicilərimi ləyaqətlə təmsil edənlərdən olsunlar”.
Müğənni Kərim Abasov da Nadir Qafaqzadə kimi seçkilərə qatılmayacaq: “Əslində, bayaq səs vermək üçün çölə çıxmaq istədim, amma fikirimdən vaz keçdim. Çünki səhərdən sosial şəbəkələrdə müəyyən namizədlərin düzgün iştirak etmədiklərinin şahidi oldum. Mənim səsimlə heç nə dəyişməyəcək deyə düşündüm və getmədim. Soyuq havada övladımın yanında olacam”.
Aktyor, teleaparıcı Şəhriyar Əbilov da məsələylə bağlı açıqlama verib: “Mütləq gün ərzində gənc və potensialı olan insana səsimi verəcəm. Hesab edirəm ki, növbədənkənar seçkilər Azərbaycanın gələcəyidir. Ona görə də bütün vətəndaşları səsvermədə iştirak etməyə dəvət edirəm”.
Müğənni Xuraman Şuşalı da seçkilərdə iştirak edib: “Azərbaycanın siyasi və iqtisadi həyatında ciddi dəyişikliklər baş verir. Belə siyasi kursun nəticəsi olaraq, ölkədə kadr və struktur islahatları gedir. Bu baxımdan, parlamentin buraxılması və seçkilərin keçirilməsi qərarı qanunauyğundur və müsbət addımdır. Mən də bir vətəndaş olaraq bu seçkilərdə iştirak etməyi özümə borc bilirəm. Bütün namizədlərə uğurlar arzulayıram”.
Aktyor Elməddin Cəfərov isə seçkiyə münasibətini belə ifadə edib: “Düzdür, siyasətdən uzaq adamam, amma umümən düşünürəm ki, bu seçkilər dövlətimiz və millətimiz uçün xeyirli olacaq. Mən də səsvermədə iştirak edəcəm”.
Namizədlərin hamısına uğur arzulayan müğənni Lətifə Soyuöz də səs verib: “Səs verib öz layiqli namizədimi seçmişəm. Seçkilər çox gözəl və şəffaf şəkildə keçirilir. Sevindirici məqam odur ki, bu dəfə namizədlərin sayı çoxdur. Onların sırasında fəal və yaxşı iş görmək istəyən gənclər də kifayət qədərdir”.
Müğənni Elvin Abdullayev də həmkarı kimi səsverməyə yubanmayıb: “Səsimi Xətai rayonunda 35 saylı seçki dairəsində vermişəm. Və düşünürəm ki, seçkidə iştirak hər bir azərbaycanlının borcudur. İnanıram ki, layiq olan elə layiqli yerini də alar. Ən önəmlisi odur ki, deputat dediyimiz şəxs insanlara yaxın olsun. Onların dərdinə şərik olsun. Azərbaycanımıza layiq bir vəkil olsun”.
Müğənni Aynur Dadaşova isə seçkilərdə iştirak etməməsinə ilginc səbəb gətirdi: “Səsvermədə iştirak etməyəcəm, buna səbəb isə o siyahıda dostlarımın çox olmasıdır. Birinə səs verəcən, sonra digəri inciyəcək. Ona görə də qatılmayacağam”.
Sevda Bayramova