Bu il Azərbaycanda ən çox qoyulan uşaq adları
    • 10-09-2018, 18:00
    • 3 743

Bu il Azərbaycanda ən çox qoyulan uşaq adları

Ən çox qoyulan uşaq  adları Hər kəs adının layiqli daşıyıcısı olur.
İstər yaxşı, istərsə də pis mənada.  Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan şəxs,onun gələcəyini yazır. Amma insanların adlarına görə onları mühakimə etmək də doğru deyil. Müsəlman adətlərinə görə, yeni doğulan körpəyə ailə böyüyü ad verir. Ata, ya da baba  körpəni qucağına alır, dua oxuyur və 3 dəfə adını qulağına deyir.
Sizə 2018 yanvar-avqust aylarında ən çox qoyulan uşaq  adlarını təqdim edirik. Ən məhşur qız adı Nuraydır ki, 841 uşağa verilib. Aylin (798), Məryəm (791), Mələk (643), İnci (570) , Dəniz (501),  Mədinə (486) uşağa verilib. Oğlan adlarında isə ən məhşuru Yusifdir.İl ərzində 1175 oğlan uşağına bu ad verilib. Digər adlar, Əli (975), Hüseyn (885), Ömər (754), Uğur (737), Məhəmməd (671), Murad (638), Ayxan (538), Tunar (433), İbrahim (345) uşağa verilib.

Şəlalə Ağayeva

news24.az