Bu il 1122 nəfər özünəməşğulluq proqramına CƏLB EDİLİB
    • 12-02-2020, 12:08
    • 870

Bu il 1122 nəfər özünəməşğulluq proqramına CƏLB EDİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, həmin şəxslər üçün üçün artıq 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir. 

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədən keçən şəxslər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.