-
- 12-02-2020, 15:05
- 758
"Radikal müxalifət qarşıdurma yaratmağa çalışır" - ƏLİ ƏHMƏDOV
Milli Məclisə keçirilən növbədənkənar seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra etiraf edilməli ilk və başlıca həqiqət bu nəticələrin Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının növbəti parlaq qələbəsinin ifadəsi olmasındadır.
News24.az-ın məlumatına görə, bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, ilkin nəticələrə görə partiyamızın namizədləri 72 dairədə səs çoxluğu qazanıb: "Bu, 2015-ci ildə keçirilən seçkilərdə partiyanın qazandığı deputat yerlərindən çoxdur. Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etmək hüququnu qazananların 13-ü qadın, 5-i 35 yaşa qədər olanlardır, 24 nəfər ilk dəfə parlament seçkilərində iştirak edib. Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər şeydən əvvəl Prezident İlham Əliyevin yüksək nüfuzuna, onun həyata keçirdiyi siyasət sayəsində iqtisadiyyatda, xalqın rifahının yaxşılaşdırılmasında, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsində əldə edilən möhtəşəm irəliləyişlərə, sabitlik, əmin-amanlıq və təhlükəsizlik kimi fundamental dəyərlərə, habelə genişmiqyaslı islahatlar konsepsiyasına əsaslanır. Seçkilərdə partiyanın qələbəsi, eyni zamanda Azərbaycanda İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar siyasətini insanların yüksək qiymətləndirməsi kimi də qəbul olunmalıdır".
Ə.Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin inkişafına verdiyi töhfələrin YAP-ın möhtəşəm qələbəsində xüsusi yeri olduğunu vurğulayıb: "Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi əslində xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, onun siyasətinə dərindən inamının daha bir ifadəsidir. Xalqın dəstəyi ilə həmişə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının növbəti uğuru, həmişə olduğu kimi, ilk növbədə xalqın qələbəsi, demokratiyanın təntənəsi, ədalətin zəfəridir. Mən fürsətdən istifadə edərək Milli Məclisin üzvü seçilmək şərəfinə nail olmuş digər partiyaların nümayəndələrini, bitərəf namizədləri də təbrik edirəm. Əminəm ki, onlar seçicilərinin etimadını doğrulda, ölkəmizdə parlament ənənələrinin inkişafına öz töhvələrini verə biləcəklər. Milli Məclisə keçirilən növbədənkənar seçkilərin çox mühüm saydığım digər bir nəticəsini də qeyd etmək istərdim. Prezident İlham Əliyevin siyasətini, ölkədəki inkişafı, sabitliyi və əmin-amanlığı qətiyyətlə dəstəkləyən xalqımız eyni zamanda bütün mütərəqqi dəyişikliklərə qarşı çıxan radikal müxalifətə növbəti dəfə öz qəti və birmənalı münasibətini ifadə etmiş oldu. İctimai dəstəyinin bütünlüklə itirilməsi səbəbindən seçkilərə qatıla bilməyən radikalların köhnə ənənələrinə sadiq qalaraq seçkiləri “boykot” etmək çağırışları biabırçı iflasa uğradı. Bunun iki başlıca nümunəsini göstərmək olar: birincisi və ən əsası insanların səsvermə günü müşaiyyət etdirdiyi fəallıq və Prezidentin siyasətini dəstəklənməsidir. İkincisi isə seçkilərdə rekord sayda, 1300-dən çox namizədin iştirak etməsidir".
"Radikalları məyus edən digər bir məqamı da ayrıca vurğulamağa dəyər. Bu da seçkilərə beynəlxalq təşkilatların yüksək marağı, seçki kampaniyasının ayrı-ayrı mərhələlərini və səsvermə prosesini izləmək məqsədi ilə Azərbaycana 900-dək beynəlxalq müşahidəçinin gəlməsidir. Onların mütləq əksəriyyətinin seçkiləri yüksək qiymətləndirməsi, kampaniyanın demokratik prinsiplərə uyğun, açıq rəqabət şəraitində və şəffaf şəklində keçirildiyinə əsas dəlillərdən sayıla bilər. Radikalların gözlədiyinin əksinə olaraq beynəlxalq müşahidəçilərin seçkilər ilə əlaqədar rəyləri onların ölkəmizdə keçirilən seçkilərə ləkə vurmaq planlarını alt-üst etmiş oldu. Əslində bu, radikalların sadəcə məğlubiyyəti deyil, sözün əsl mənasında iflası oldu.
Təəssüf ki, hər vəhclə Azərbaycanın demokratik imicinə kölgə salmağı özlərinin həyat kredosu elan etmiş radikal müxalifət seçkidən sonra da bəd əməllərindən əl çəkmir, aldıqları sifarişlərə uyğun olaraq artıq arxada qalmış seçkilərin “nəticələrinə etiraz” bəhanəsi ilə qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışır. Ancaq əvvəllərdə dəfələrlə olduğu kimi, indi də lənətlənmiş beşinci kolon adını götürmüş radikal müxalifətin bütün səyləri boşa çıxır və çıxacaq. Ona görə ki, əvvəlla ölkədəki inkişafı və sabitliyi yüksək qiymətləndirən xalqımız buna imkan verməz. İkincisi isə, xalqın rəğbətini qazanmaqda qeyri-adi fərasətsizlik göstərən uğursuz radikal müxalifət beşinci kolon kimi də bacarıqsızlığı və qabiliyyətsizliyi ilə seçilir. Bəlkə də bu mənada Azərbaycanın bəxti gətirib" - deyə Baş nazirin müavini əlavə edib.
O qeyd edib ki, siyasi tariximizin artıq bir parçasına çevrilmiş 9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi: "Bu, xalqın həm rəyi, həm də iradəsidir. Radikal müxalifət hər şeydən əvvəl onun özünə lazım olan həmin həqiqəti nə qədər tez dərk etsə o qədər yaxşıdır. Sözlərimi müsbət notlarla bitirmək istəyirəm. İki ay davam edən seçki heyacanı artıq arxadadır. İradəsini ifadə edən seçicilər, seçki marafonunun qalibləri rahatlıqla nəfəs alır, təbrikləri qəbul edirlər. Onların sırasında partiyamızın seçki kampaniyasının uğurla başa çatmasına qiymətli töhvə vermiş çoxsaylı könüllüləri ayrıca qeyd etmək, minnətdarlığımı bildirmək istəyirəm. Seçkilərin əsas qalibləri isə, heç şübhəsiz, Azərbaycan xalqı və onun lideri Prezident lham Əliyevdir. Bugünlərdə Türkiyənin, Rusiyanın və digər dövlətlərin başçılarının ünvanladığı təbriklər deyilənlərin birbaşa ifadəsidir".