Nigar Arpadarai İSTEFA VERƏCƏK
    • 12-02-2020, 15:09
    • 961

Nigar Arpadarai İSTEFA VERƏCƏK

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.

News24.az xəbər verir ki, bu barədə Report-a BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.