-
- 30-03-2019, 23:00
- 1 072
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam edir
Formula 1 Azərbaycan Qran-Prisinin başlanmasına bir aydan az vaxt qalıb. Möhtəşəm idman tədbirinə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Bununla əlaqədar “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti gücləndirilmiş iş rejiminə keçib. Yarışın keçiriləcəyi məkanlarda müvafiq şəraitin yaradılması, tribunaların quraşdırılması və yol kənarında təhlükəsizlik baryerlərin yerləşdirilməsi tamamlanmaq üzrədir. Artıq Azərbaycanın üç ildir ev sahibliyi etdiyi Qran-Prinin ikisi dünyada azarkeşlər tərəfindən ən yaxşı yarış hesab edilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti bu dəfə də missiyasına sadiq qalmaq üçün yarışlarla bağlı ən kiçik məqamlara da tam ciddi yanaşır.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O qeyd edib ki, küçələrdə gündən-günə dəyişikliklər olur. Son tamamlanma işləri ilə bağlı bu mərhələdə müəyyən günlərdə və müxtəlif küçələrdə aprelin 8-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bəzi yerlərdə asfalt qatı yenilənir, tikinti işləri aparılır. İnsanları çox narahat etməmək üçün bu işləri sürətlə görməyə çalışırıq.
“Yarışlar üçün bilet satışı da əvvəlki illərdən fərqlənir. Builki yarışa diqqət əvvəlkindən artıb. Tribunalara olan yerlərin 70 faizi tutulub. Biletləri daha çox xarici vətəndaşlar alırlar. Çoxsaylı xarici vətəndaşların Azərbaycana gəlişini gözləyirik. Ümumiyyətlə, keçən ilin eyni dövrü ilə müqayisədə bu il bilet satışı daha çoxdur.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yarışı izləmək üçün Bakıya gələcək turistlərlə bağlı müxtəlif konsert proqramları və əyləncə zonaları da təşkil edəcək. Əvvəlki illərdə üç konsert olurdusa, bu il şənbə və bazar günləri olmaqla iki konsert proqramı keçiriləcək. Bundan başqa, “Elektra Events Hall”da DJ-lərin şousu olacaq”, - deyə N.Arpadarai bildirib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları Prezident İlham Əliyevin Sərəncamına əsasən sadələşdirilib. Sərəncamda bilet alanlar və ya müəyyən akkreditasiyası olan insanlar vizalarını hava limanında əldə edəcəklər. Ümumilikdə isə “ASAN Viza” vasitəsilə üç gün ərzində viza əldə etmək mümkündür. Bu isə turistlərin yarışlara izləyici kimi qoşulmasını daha da stimullaşdırır.
Bakıda növbəti Formula 1 yarışı aprelin 26-28-də keçiriləcək.