Bakıda qadına qarşı SOYĞUNÇULUQ
    • 11-02-2020, 14:30
    • 1 043

Bakıda qadına qarşı SOYĞUNÇULUQ

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyeva fevralın 4-də saat 21 radələrində Ö.F.Nemanzadə küçəsində 1 nəfərin ona zor tətbiq edərək içərisində 390 manat və sənədlər olan pulqabısını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini B.Muradov saxlanılıb. 

Ətrafında aparılan tədbirlərlə onun kirayədə yaşadığı evdən narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.