Bakıda yol polisindən nümunəvi hərəkət - FOTO
    • 16-02-2020, 00:24
    • 2 178

Bakıda yol polisindən nümunəvi hərəkət - FOTO

Bakıda son vaxtlar yol polisində müşahidə edilən müsbət dəyişikliklər barədə tez-tez məlumatlar yayılır.


News24.az-ın məlumatına görə yol polisi əməkdaşlarının alqış toplayan hərəkətlərindən biri fevralın 15-də paytaxtın mərkəzində - Səbail rayonunda kameralara düşüb. DYP-nin operativ motosikl qrupunun əməkdaşı təkərində problem olan avtomobilə yaxınlaşıb və sürücü ilə birgə qısa vaxtda maşının təkərini dəyişdirib.


Yol polisinin hərəkəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.