Bakıda yol polisindən nümunəvi hərəkət - FOTO
    • 4-03-2019, 11:23
    • 892

Bakıda yol polisindən nümunəvi hərəkət - FOTO

Bu gün 3-cü mikrorayon dairəsində yol polisinin etdiyi nümunəvi hərəkət insanların rəğbətini qazanıb.

Pərviz Musayev adlı şəxs News24.az-a məlumat verərək bildirib ki, DYP işçisi yaşlı çaşqınlıq içində olan qadını yolun əks tərəfinə keçirib:

“Bu fotonu bir az əvvəl işə gələndə 3-cü mikrorayon dairəsində çəkmişəm. Yaşlı bir qadın yolu keçmək istəyərkən səhvən hərəkətin gur olduğu dairəyə çıxdı və avtomobillərin içində çaşıb qaldı. Bunu görən ərazidəki YPX əməkdaşı xidməti maşından düşdü, hərəkəti qısa müddətə də olsa saxlamaqla qadını o basabasdan çıxardı. Sağ olsun!”

Taleh BAĞIROV