Bakıda yol polisi bu hərəkəti ilə hər kəsi təəccübləndirdi - VİDEO
    • 19-12-2019, 12:02
    • 1 378

Bakıda yol polisi bu hərəkəti ilə hər kəsi təəccübləndirdi - VİDEO

Bakıda yolun dağılmış hissəsinə polis tərəfindən asfaltın tökülməsi böyük maraqla qarşılanıb.

News24.az-ın məlumatına görə, şəhər ərazisində avtobus dayanacağının tikintisi zamanı dövlət yol polisi əməkdaşının bel ilə asfalt daşıyaraq yolun hərəkət hissəsini doldurması insanların rəğbəti ilə qarşılanıb.

Belə ki, daim qayda pozan sürücüləri cərimələyən dyp əməkdaşının bu dəfə yoldakı çuxuru doldurması qəribə hal kimi qarşılanıb.
Həmin görüntüləri təqdim edirik.