-
- 17-02-2020, 11:05
- 1 404
Daha bir marşrut xətti üzrə AVTOBUSLAR YENİLƏNDİ - FOTO
Paytaxtdakı 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib.
Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xəttinə fevralın 17-dən “Isuzu Novociti” markalı avtobuslar cəlb edilib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "Isuzu Novociti" markalı nəqliyyat vasitəsilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.