"Çin koronavirusa qalib gəlməyə yaxındır" - XİN BAŞÇISI
    • 17-02-2020, 12:14
    • 641

"Çin koronavirusa qalib gəlməyə yaxındır" - XİN BAŞÇISI

"Yaxın gələcəkdə Çin koronavirus epidemiyasını aradan qaldıra biləcək".

News24.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Çin Xarici İşlər Nazirliyinin başçısı "Tunelin sonunda işığı görürük" deyib və əlavə edib ki, bu epidemiya Çin iqtisadiyyatına xələl gətirməyəcək:"Çin iqtisadiyyatı bu problemi aradan qaldırmaq iqtidarındadır".

Bundan əlavə, V.Yi bir sıra ölkələrə koronavirusla mübarizədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.