Çin koronavirusa görə ABŞ-ı ittiham etdi
    • 3-02-2020, 13:38
    • 974

Çin koronavirusa görə ABŞ-ı ittiham etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq ABŞ-ın koronavirusla mübarizədə heç bir əhəmiyyətli yardım göstərmədiyini və bunun fonunda çaxnaşma yaratdığını söyləyib.

News24.az RİA-ya istinadən xəbər verir ki, H.Çunyinqin sözlərinə görə, epidemiya başlayandan bəri, bir çox ölkələr Çinə yardım və dəstək veriblər. Həmin ölkələrə minnətdarlığını bildirən sözçü Amerika hökumətinin Çinə heç bir əhəmiyyətli yardım göstərmədiyini deyib. Əksinə, ABŞ ilk olaraq konsulluğun işçilərini təxliyə etdiyini bildirib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının Çin ilə səyahət və ticarət məhdudiyyətlərinin tətbiq edilməməsini tövsiyə etdikdən sonra ABŞ Çin vətəndaşlarına ölkəyə girişin tamamilə qadağan olduğunu elan edib.