-
- 21-02-2020, 15:44
- 2 332
Bakıda qadına cinayət işi açıldı - 3 həmcinsini və 2 kişini...
Bakıda müxtəlif şəxslərə qarşı dələduzluq etmiş qadın barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Əhmədova Xədicə Səməd qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq-təkrar törədildikdə maddəsi ilə iş açılıb.
Belə ki, 3-ü qadın, 2-si kişi olmaqla ümumilikdə 5 nəfər X.Əhmədovanın onlara müxtəlif vədlər verərək pul aldığını və verdiyi vədi yerinə yetirməyərək pulu ələ keçirdiyini bildiriblər. Həmin şəxslər zərərçəkən şəxs kimi tanınıblar.
Məsələyə məhkəmədə yekun hüquqi qiymət veriləcək.