Səhiyyə Nazirliyindən koronavirus xəbərdarlığı
    • 23-02-2020, 15:17
    • 1 102

Səhiyyə Nazirliyindən koronavirus xəbərdarlığı

Cənub qonşumuz İranda koronovirusa yoluxma halının aşkarlanması bu ölkəyə gediş-gəlişə də təsirsiz ötüşməyib.

News24.az xəbər verir ki, hər iki istiqamətdə sərhədi keçənlərin sayında kəskin azalma var. Səhiyyə Nazirliyi də bununla bağlı insanlara xəbərdarlıq edib.

Bir çox ölkələri öz ağuşuna alan koronavirusun İrana keçməsi ora ilə əlaqələrimizə ciddi təsir edib. Turizm şirkətləri vəziyyətlə bağlı ciddi naratlıq keçirir.

Turizmçilərin sözlərinə görə, problemlə bağlı olaraq artıq ölkəmizdən İrana gedən insanların sayı kəskin azalıb. İranda olan ziyarətlərlə bağlı edilən müraciətlərin çoxundan imta edilib.

Turizm üzrə ekpert Rəhman Quliyevin sözlərinə görə, bununla bərabər az da olsa dini yerlərə ziyarətə gedənlər var ki, onların da hər birinə diqqətli olmaları tövsiyyə edilir.

Mart ayında Novruz bayramı ilə əlaqədar daha çox İrandan Azərbaycana turistlər gəlir. Bu statistikada da ciddi azalma müşahidə olunur. Daha çox ölkəmizə turist İrandan gəlirdi. Belə ki, bir müddət əvvəldən otellərə çoxlu rezervasiyalar var idi ki, indi onların böyük əksəriyyəti rezervasiyalardan imtina ediblər.

Bu tendensiya İrandan gələn məhsulların bazarına da təsirsiz ötüşməyib. İran istehsalı olan məhsulların satışı ilə məşğul olan mağazlardan bildirirlər ki, vəziyyətlə bağlı olaraq hal hazırda əllərində olan məhsulları çox öncədən aldıqları üçün satışını həyata keçirirlər. Daha sonra isə vəziyyət hansı istiqamətdə dəyişsə, onlar da o cür hərəkət edəcəklər.

Səhiyyə Nazirliyi də bununla bağlı artıq sərhəd keçid məntəqlərində nəzarəti gücləndirib. Virus təhlükəsinin olduğundan şübhə yaranarsa, dərhal müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, İranda virusdan dünyasını dəyişənlərin sayı 6 ya çatıb.