Vətəndaşlar İrandan idxal olunan məhsulları almağa ehtiyat edirlər - VİDEO
    • 28-02-2020, 00:10
    • 689

Vətəndaşlar İrandan idxal olunan məhsulları almağa ehtiyat edirlər - VİDEO

İranda koronavirus infeksiyasının aşkar edilməsindən sonra cənub qonşumuzla ölkəmiz arasındakı Biləsuvar və Astara gömrük buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. 

Görəsən, koronavirus epidemiyası yayılmamışdan əvvəl İrandan ölkəmizə idxal edilmiş ərzaq məhsulları ilə bağlı təhlükə varmı?  

News24.az Baku.Tv-yə istinadən xəbər verir ki, xüsusən Novruz bayramı ərəfəsində quru meyvə məhsullarına ölkəmizdə tələbatın yüksək olması bu məsələni daha da aktuallaşdırır. 

Bununla bağlı narahatlıq bazarlara da təsirsiz ötüşməyib. 

Satıcılar bildiriblər ki, hazırda əvvəl idxal olunan məhsulları satırlar. Artıq İrandan heç bir məhsul gətirilmir.

Alıcılar isə İran məhsullarında koronavirusun olub-olmamasından əmin deyillər. Ona görə də quru meyvə məhsullarını almağa ehtiyat edirlər.