"Neyləyim, bacardığım qız doğmaqdır" - TÜNZALƏ AĞAYEVA - VİDEO - FOTOLAR
    • 24-02-2020, 12:47
    • 1 641

"Neyləyim, bacardığım qız doğmaqdır" - TÜNZALƏ AĞAYEVA - VİDEO - FOTOLAR

Ötən gün Heydər Əliyev sarayında "Ağanatiq 2" filminin böyük təqdimatı baş tutub. Bədii ekran əsərinin qala gecəsində bir çox incəsənət nümayəndələri və şou-biznesin parlaq ulduzları iştirak ediblər. 

News24.az xəbər verir ki,  əfsanəvi qəhrəmanlarla canlı görüş maraqlı məqamlarla yadda qalıb. "Ağanatiq 2" filminin təqdimatı "Göylə gedənlərdən biri də sən ol!" devizi altında gerçəkləşib.

Sözügedən ekran əsərində Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə və digər aktyorlar çəkiliblər.

Bu dəfə Azərbaycanın ən tanınmış taksi şoferi Ağanatiq və onun əyləncəli dostları əsgər yoldaşları ilə görüşmək üçün Moskvaya uçurlar. Bu dəfəki ucuşda da Ağanatiqin başına elə bir macəra gəlir ki, onu ancaq gərək gözünüzlə görəsiniz. Bu dəfəki komediya Ağanatiq və onun sadiq dostlarının təyyarə macərasından bəhs edir.

Qeyd edək ki, filmin quruluşçu operatoru Nadir Mehdiyev, səs rejissoru Rüstəm Məmmədov, prodüserlər Tahir İmanov və Cabir İmanovdur. Montaj Oqtay Ağamalıyev, xüsusi effektlər Natik Zeynalova məxsusdur. İcraçı prodüserlər isə Ənvər Mansurov və Mirsalam Mirsalamovdur.

Sevda Bayramova