-
- 24-02-2020, 18:28
- 1 026
İlham Əliyev Küveyt Dövlətinin Əmirini TƏBRİK ETDİ
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm".