-
- 25-02-2020, 12:55
- 773
"Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir" - ƏLİ ƏHMƏDOV - FOTOSESSİYA
YAP İcra Katibliyinde “Xocalı faciəsi fotolarda” adlı sərgi keçirilib.
News24.az -ın xəbərinə görə, tədbirdə Baş nazirin müavini YAP icra katibi Əli Əhmədov, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP milli məclisinin deputatları -Nizami Cəfərov, Səməd Seyodov, Hicran Hüseynova, Elman Nəsirov iştirak ediblər.
Xocalı soyqırımını genosid adlandıran YAP icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, bir çox ölkələrdə xocalı faciəsi qətliam kimi qəbul edilib:
"Bu sadəcə hərbi cinayət deyil, eyni zamanda bəşəriyyətə qarşı çevrilmiş cinayət idi. Həlak olan insanların yeganə günahı onların azərbaycanlı olması idi. Xocalı faciəsi sözün bütün həqiqi mənasında qətliam hesab olunmalıdır.
Bizi ən çox narahat edən məqamlardan biri Xocalı faciəsini törədənlərin öz layiqli cəzasını almamasıdır. Bəşəriyyətə qarşı töeədilən cinayətləri izləyən və buna münasibət bildirən beynəlxalq qurumlar Azərbaycana, bəşəriyyətə qarşı soyqırım törətmiş insanların cəzalandırılnası üçün heç bir addım atmayıb".
Tədbirdə Xocalıdan olan millət vəkili Elman Məmmədov da çıxış edib.
R. Məmmədov bildirib ki, bu gün bütün xocalılar üçün danışmaq çox ağırdır:“Çünki bu gün Xocalının son günüdür. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq. Çünki Respublika rəhbərliyi bizim gündəlik müraciətlərimizə belə cavab verirdi: “Qorxmayın, möhkəm dayanın, sabah gələcəyik!” Son 1 ayın danışıqlarının məzmunu bu cür idi. Xocalı son 4 ayını mühasirə şəraitində yaşadı. 1991-ci ilin noyabr ayının 1-dən bugünkü günə qədər bu mühasirə davam edir. Bu 4 ayda o dövrün deputatları Arif Rəhimzadə, Eldar İbrahimov da təsdiq edə bilər ki, mən dəfələrlə Ali Sovetin iclaslarında xahiş etdim ki, bizə kömək edin. Çünki rəhbərliyin başı burada hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Ancaq bu çağırışların faydası olmadı. Ümidverici vədlərdən başqa bizə heç nə deyilmədi. Nə vaxt ki, millətə, dövlətə, xalqa rəhbərlik edənlər yerində olmur, o vəZifənij məsuliyyətini dərk etmir, onda Xocalı məhv olur. Bakıda gedən hakimiyyət davaları nəticəsində düşmənin əlinə fürsət düşdü, düşmən istədiyini etdi, soyqrım törətdi. Xocalının ətraflnda Xocalıdan başqa ikinci bir azərbaycanlılar yaşayan yaşayış məntəqəsi yox idi. Xocalı təkcə ortada qalmışdı”.
E. Məmmədov qeyd edib ki, ilk dəfə Heydər Əliyev hakimiyyətə gələndən sonra Xocalıda baş verənlər araşdırıldı:“Ondan sonra Xocalı soyqırımının dünyada ulu öndər tərəfindən tanıdılmasına başlanıldı. Bu tədbirlər bu gün də çox geniş vüsət alıb. Artıq xeyli dövlətlər mextəlif səviyyələrdə bu soyqırımı tanıyıb. Beynəlxalq güclər bu gün Xocalı soyqırımına qarşı da, bütövlükdə Azəebaycan torpaqlarının 20%-nin işğal altında qalmasına da göz yumur. Buna görə də işğalçı, terrorçu dövlət bu günə kimi cəzasız qalıb. Biz torpaqlarımızı işğaldan azad etmək, düşməni, işğalçını cəzalandərmaq üçün çox güclü olmalıyıq. Çünki gücün sözünün kəsəri olur, güc qalib gəlir”.
Afaq Mirayiq