İbtidai siniflərdə dərs yükünü yüngülləşdirmək üçün layihə hazırlanır
    • 12-09-2018, 19:00
    • 1 217

İbtidai siniflərdə dərs yükünü yüngülləşdirmək üçün layihə hazırlanır

"Vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda bu, 6 faizdir. Növbəti illərdə rəqəmin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək".

Bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci ilə nisbətən xeyli azalıb.

C.Bayramov əlavə edib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçib: "Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bu deyilənlər islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına səbəb verir".

O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: "Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanır. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə təqdim olunacaq. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq".