Dilarə məşhurları başına toplayıb “Azərbaycan”ı təqdim etdi – FOTOLAR - VİDEO
    • 13-09-2018, 12:41
    • 1 762

Dilarə məşhurları başına toplayıb “Azərbaycan”ı təqdim etdi – FOTOLAR - VİDEO

Tanınmış müğənni Dilarə Kazımova uzun müddətdir üzərində çalışdığı "Azərbaycan" adlı yeni layihəsini təqdim edib.

Sözləri Leyla Kazımovaya aid olan mahnını ingiliscəyə Nigar Məmmədova tərcümə edib, musiqisi üzərində Dilarə Kazımova ilə Givi Usenaşvili çalışıb. Azərbaycanın mədəniyyətini, tarixi abidələri və təbiətinin əsrarəngizliyini özündə əks etdirən klip üzərində 100-ə yaxın insan çalışıb.

Müğənnilər Elnarə Xəlilova, Samir Cavadzadə, rəqqasə Fatimə Fətəliyeva, Fidan Hacıyeva, ABD Malik, Pərvin Səfərov Milli Bankın ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Əliyev və həyat yoldaşı, "ATV səhər" verilişinin baş redaktoru Aytən Əliyeva, məşhur jurnalist İlqar Əlfioğlu, Hacı Nuran və digər məşhurların, həmçinin media nümayənlərinin iştirak etdiyi gecədə müğənni, rəqs qrupu və musiqiçilərlə birlikdə səhnəyə çıxaraq möhtəşəm şou göstərib.

Dilarə Kazımovanın jurnalistlərə verdiyi açıqlamasında layihənin ideya müəllifinin özü, klipin rejissorunun isə Nigar Məmmədova olduğunu bildirib.
İfaçı həmçinin vətənə olan məhəbbətinin onu öz ölkəsi haqqında dinamik mahnı oxumağa məcbur etdiyini deyib.

Dilarə Kazımovanın sözlərinə görə, “Azərbaycan” klipi xarici turistlərin ölkəyə cəlb olunmasında böyük rol oynaya bilər:

“Belə bir möhtəşəm layihəyə imza atdığım üçün qürur duyuram. Aylardır üzərində çalışdığımız işin bəhrəsini görmək hər birimiz üçün xoşdur. Fərqli iş ərsəyə gətirdiyimizə inanırıq. Bu, adi musiqi deyil. Sözlərində doğma ölkəmizin zəngin tarixindən, eyni zamanda da müasirlikdən bəhs edilir.

Əgər hər hansısa bir musiqidə Azərbaycan sözü varsa, artıq bizim üçün müqəddəs sayılır. Mahnının iki versiyasını hazırlaşımıq: həm Azərbaycan, həm də ingilis dilində. Əlimizdən gələni etdik ki, yerli və xarici vətəndaşlar mahnımızı eşitdikdən sonra bizimlə birgə oxusun. Ekran işi İçərişəhərdə və Qobustanda lentə alınıb. Həmçinin müxtəlif rayonlarımızın möhtəşəm kadrları istifadə olunub.

Müxtəlif ölkələrin təbiətini təbliğ edən kliplərə baxdıqdan sonra qərara aldım ki, vətənpərvərlik mövzusunda layihə həyata keçirim. Bu mahnı həm oynaq, həm dinamik, həm də şən olmalı idi. İstəyirdim ki, Azərbaycandan bəhs edən mahnıya biz hər yerdə qulaq asa bilək və rəqs edək. Öz komandamla birlikdə istədiyimizi həyata keçirə bildik. Burada zurna ilə pop musiqisini birləşdirməyə çalışdıq. Məncə, gözəl alınıb.

Klipdə üzərimdə gördüyünüz geyimlər 2 aya hazırlanıb. Xalça naxışlarının, etnik elementlərin və motivlərin istifadə edildiyi milli tərzdə tikilən libasların müəllifi Səbinə Hüseynə aiddir. Həmçinin gümüşdən olan libas isə, 1800ci illərdən qalan gədmi avar geyimidir, Keyseruxskilər nəslinə aid olan, nəslindən nəsilə ötürülən bir relikviya sayılır. Yeri gəlmişkən bu geyimi Nigar Məmmədovanın doğma bibisi, Karimat Məmmədova təqdim edib”.



Tez-tez yeni layihələri ilə tamaşaçılarını sevindirən müğənni çəkdiyi əziyyətlərin bəhrəsini gördüyünü vurğulayıb:

“İnsanların mənə qarşı olan sevgisini hiss edirəm. Bu zaman çəkdiyim bütün əziyyətlər dərhal unudulur. Hər hansı mahnım haqqında müsbət rəy puldan daha dəyərlidir. Əgər sevdiyiniz işlə məşğulsunuzsa, pul onsuz da gələcək. İlk növbədə pulu deyil, məqsədi və ideyanı həyata keçirmək yollarını fikirləşməlisən. Məqsəd reallaşanda pul onsuz da gəlir. Bu, 100 faizdir".

Dilarə Kazımova gözəllik sirlərindən də bəhs edib:

“Qırmızı rəngi sevirəm. Bu rəngin xüsusilə qara və ağla vəhdəti ideal alınır. Bilirəm ki, qırmızı mənə yaraşır, üstəlik, qadını daha cəlbedici göstərməyə qadirdir. Çantamda həmişə qırmızı pomada olur. Dodaqlarımı qırmızı pomada ilə vurğulamayanda elə bilirəm ki, üzümdə makiyaj yoxdur.

Tez-tez suallar verirlər ki, niyə burnumu əməliyyat etdirmirəm. Səbəbi odur ki, insanlar məni görəndə tanıya bilsin, başqalarına bənzəmək istəmirəm. Burnumu kəsdirsəm, gərək dodaqlarımı da böyüdüm.

Onda zalda oturanlar arasından məni seçə bilməyəcəksiniz. Əməliyyat etdirən xanımların çoxu inanılmaz dərəcədə bir-birinə bənzəyir. Bu zaman spesifik gözəllik itir. Tədbirlərin birində 3 xanım yan-yana oturmuşdu, onları bir-birindən seçə bilmədik. İnsan fərqlənməlidir”.

Müğənni “Şəxsi həyatınızda hansı yeniliklər var?” sualına belə cavab verib:

“Həyatında sevgi olsa da, olmasa da, qadının gözləri hər zaman brilliant kimi parıldamalıdır. Həyatımda heç kim yoxdur. Qəlbim yaradıcılıq və yaratmaq eşqi ilə aşıb-daşır. Əlbəttə ki, sevgi elan edənlər var, lakin hazırda sevgi haqqında düşünmürəm. Özümü bütünlüklə karyerama həsr etmişəm. Evlilikdən qorxmuram. Qarşına aşiq ola biləcəyin insan çıxanda, sevəndə bütün qorxular yox olur, əksinə özünü daha da güclü hiss edirsən. Əgər belə bir adamla rastlaşsam, o zaman evlilik haqqında düşünərəm. Hazırda isə bu barədə danışmaq tezdir”.

Xüsusi minnətdarlıq:

Binə Atçılıq Mərkəzində yerləşən, Azərbaycan Respublikası Atçılıq federasiyası 
Baku Media Centre və şəxsən Orman Əliyeva
Zeytun Bağları nişan markasına və şəxsən Könül Əiyevaya və Anar Əlirzayeva
İçərişəhər Meriyası və Şəxsən Riad qasımova

İnformasiya tərəfdaşı:

News24 
Max Group 
Gənclik Mall
Gəncə Mall
Cinema plus 
Şeh su nişan markası

Göstərdikləri köməyə görə:
Nero Dance Center
Atəşqah Mix Şou
Make up and Hairstyle - Aytən Hüseynzadə

Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov