TƏBİB tərəfindən koronavirusla bağlı broşürlər hazırlandı
    • 27-02-2020, 17:07
    • 813

TƏBİB tərəfindən koronavirusla bağlı broşürlər hazırlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)  tərəfindən koronavirusla bağlı broşürlər hazırlanıb.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, ölkə xaricindən gələn vətəndaşlara gömrük-keçid məntəqələrində paylanması üçün maarifləndirici broşürlər hazırlanıb. Broşürdə məlumatlar həm ingilis, həm də Azərbaycan dilindədir.