-
- 10-04-2020, 16:33
- 829
TƏBİB-dən qərar: KORONAVİRUSLA BAĞLI MÜTƏMADİ GÖRÜŞLƏR KEÇİRİLƏCƏK
10 aprel 2020-ci il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.
TƏBİB-dən News24.az-a verilən məlumata görə, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.
Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Sonda, bu görüşlərin mütəmadi keçiriləcəyi barədə qərar qəbul edilib.