Mənzildən qadın meyiti tapıldı
    • 27-02-2020, 23:55
    • 1 008

Mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapılıb.

News24.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.