Bakıda gənc qadın pnevmaniyadan ÖLDÜ
    • 29-02-2020, 13:32
    • 802

Bakıda gənc qadın pnevmaniyadan ÖLDÜ

Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb./ /Report/