Bu il Azərbaycanda 390 nəfər ad, ata adı və SOYADINI DƏYİŞDİRİB
    • 4-03-2020, 12:34
    • 688

Bu il Azərbaycanda 390 nəfər ad, ata adı və SOYADINI DƏYİŞDİRİB

Bu il Azərbaycanda ad, soyad, soyad sonluğu və ata adının dəyişdirilməsi ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin ötən dövründə (yanvar-fevral ayları) qeydiyyat şöbələrində 390 adın, soyadın, soyad sonluğunun və ata adının dəyişdirilməsi qeydə alınıb və bu proses vətəndaşların istəyinə və ərizəsinə əsasən həyata keçirilib./Report/