-
- 14-09-2018, 11:06
- 1 050
Azərbaycanlı rejissor Tünzalə haqda: "Məni həyata yenidən bağladı"
Rejissor Nail Naiboğlu xərçəng xəstəliyindən əməliyyat olunan və hazırda kimyaterapiya müalicəsi alan əmıəkdar artist Tünzalə Əliyeva ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, T.Əliyevaya dəstək olan rejissor bunları yazıb:
"Gülümdən sonra yaşamaq istəmirdim. Amma, Gülümün mənə əmanət qoyduğu 2 mələk var ki, onları böyütməli idim. Gülümün arzularını real etməli idim.
İndi onlara həm ata, həm də anayam! Çox çətin idi mənə bu 2 yükü daşımaq! Amma... Dünən rast gəldiyim dəyərli Tünzalə xanımın "Yaşamaq, mübarizə aparmaq və gülümsəmək..." sözləri məni həyata yenidən bağladı. Anladım ki, Allahın sınaqlarından gülə - gülə çıxmaq lazımdır. Çünki, dərdi verən də, alan da Allahdır. Allaha Şükür Edək!
Bundan sonra başqa Nail Naiboğlu gəlir qarşınıza! Bir ildir ki, sakit oturmuşam. Amma, siz məni unutmadınız! İnşallah, bundan sonra uğurlarımı uğurlarıma calayacağam. Bu, Gülümün də istəyi idi! Allahdan sizə də can sağlığı diləyirəm, dəyərli bacım".
Teymur Məmmədov